Futbol üzrə Ukrayna Premyer Liqasında 29-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası – "Dnepr" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda liqada qalmaq uğrundakı əsas rəqibi "Karpatı" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu prinsipial oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
Nağıyev bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
"Dnepr" hazırda elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq komandaları arasında 19 xalla 5-ci pillədə qərarlaşıb. Bu komandadan öndə qərarlaşan "Karpatı" isə xallarının sayını 24-ə çatdıraraq, "Dnepr"dən bir qədər də uzaqlaşıb.