Futbol üzrə Xorvatiya ikinci liqasında 31-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası – "Duqopolye" də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "İmotski" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Elnurun adı bu matçın iştirak ərizəsinə daxil edilməyib. Buna səbəb isə onun hazırda Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycanın U-23 yığmasının düşərgəsində olmasıdı.

Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 45 xalla 12 klub arasında 5-ci pillədə qərarlaşıb.

Shares: