Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 41-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası – "Sportinq B" də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Akademika" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Nəsirov bu matçın 75-ci dəqiqəsində meydana buraxılıb.

Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 54 xalla 22 komanda arasında 14-cü pillədə qərarlaşıb.

Shares: