Futbol üzrə Hollandiya çempionatında mövsümə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, Erediviziyanın qalibi də məhz son turda müəyyənləşib.
Son tura lider kimi daxil olan "Feyenoord" doğma meydanda "Herakles"lə qarşılaşıb. 3:1 hesabıyla qalib gələn meydan sahibləri bu qələbə sayəsində xallarının sayını 82-yə çatdıraraq qızıl medalları təmin edib. Bu, "Feyenoord"un tarixində 15-ci çempionluqdu. Komanda bu baxımdan PSV (23 çempionluq) və "Ayaks"dan (33 çempionluq) geri qalır.
Hollandiyanın ən titullu klubu "Ayaks" isə bu mövsümü ikinci pillədə başa vurub. Son turda səfərdə "Villem"ə qalib gələn bu komanda liderdən cəmi 1 xal geri qalıb.
Bürünc medalları da son turda "Zvolle"ni 4:1 hesabıyla yenən PSV təmin edib. Bu komanda mövsümü 76 xalla başa vurub.
–