Azərbaycanın U-21 millisinin və "Sportinq"in futbolçusu Budaq Nəsirov Portuqaliyada maraqlı hadisəyə səbəb olub. Futbolinfo.az xəbər verir ki, gənc oyunçu “Sportinq B” – “Akademika” görüşündə (1:2) rəqibə penalti qazandırıb. 

Ancaq Budaq bu penaltini meydanda olmaya-olmaya rəqibə qazandırıb. Yarımmüdafiəçi “Akademika”nın hücumu zamanı meydanı tərk edən topa toxunub və hakim “Sportinq”in qapısına penalti təyin edib. Nəsirova isə sarı vərəqə göstərilib. Rəqib komanda bu fürsəti boşa verməyib və hesabı bərabərləşdirib. Nəsirovun komandası sonradan daha bir qol buraxaraq, meydanı məğlub tərk edib. Futbolçumuz 75-ci dəqiqədə meydana çıxsa da, komandasını xilas edə bilməyib.

Həmin epizodu təqdim edirik:

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp