Şimali İrlandiya yığmasının DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə matç öncəsi keçirəcəyi təlim-məşq toplanışı üçün heyəti açıqlanıb. Futbolinfo.az Şimali İrlandiya Futbol Federasiyasının saytına istinadla xəbər verir ki, komandanın baş məşqçisi Maykl O`Nil  toplanışa 18 futbolçu dəvət edib:

Qapıçılar: Maykl Makqovern ("Norviç"), Roy Kerroll ("Linfild"), Konor Hazard ("Seltik"), Konor Mitçell ("Bernli");

Müdafiəçilər: Rayan Maklaflin ("Oldhem Atletik"), Tom Flanaqan ("Berton Albion"), Daniel Lafferti ("Şeffild Yunayted"), Lük Makkallox ("Donkaster Rovers"), Konor Maklaflin ("Flitvud Taun"), Adam Tompson ("Sauzend Yunayted");

Yarımmüdafiəçilər: Oliver Norvud ("Brayton"), Metti Land ("Roçdeyl"), Stüart Dallas ("Lids"), Kollum Kamps ("Roçdeyl");

Hücumçular: Kayl Lafferti ("Norviç"), Coş Magennis ("Çarlton"), Ceymi Uord ("Nottingem Forest"), Şey Makkartan ("Akkrinqton Stenli").

Qeyd edək ki, Şimali İrlandiya millisi mayın 22-dən 25-dək İngiltərənin Mançester şəhərində təlim-məşq toplanışında olacaq. Daha sonra bu komanda iyunun 2-də Yeni Zelandiya yığması ilə yoxlama görüşü keçirəcək. Azərbaycanla səfər oyunu isə iyunun 10-da baş tutacaq. Bakıda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

trainingsquad - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp