İngiltərə Premyer Liqasını tərk edən sonuncu – üçüncü komandanın da adı dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, buna Premyer Liqanın ötən gün keçirilən 37-ci turunun oyunlarından sonra aydınlıq gəlib.

Səfərdə “Kristal Pelas”a 0:4 hesabı ilə uduzan “Hall Siti” elita ilə vidalaşmalı olub. Son turun nəticələrindən asılı olmayaraq, mövsümü 18-ci yerdə başa vuracağı dəqiqləşən bu komanda növbəti mövsümdən Çempionşipdə mübarizə aparacaq.

Sona 1 tur qalmış "Hall Siti" 17-ci yerdəki “Suonsi”dən 4 xal geridə qalır (34 xal).

Qeyd edək ki, bundan öncə “Sanderlend" və "Midlsbro” Premyer Liqanı tərk etmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp