İspaniya La Liqasını tərk edən sonuncu – üçüncü komanda da müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, son iki matçda qələbəyə baxmayaraq, "Sportinq"in (Xixon) aşağı liqaya düşəcəyi dəqiqləşib.

Hazırda 30 xalla turnir cədvəlinin 18-ci pilləsində olan komanda 17-ci yerdəki "Deportivo"dan 3 xal geridə qalır. "Sportinq" son turda qələbə qazansa, "Deportivo" uduzsa belə, Xixon təmilçisi şəxsi görüşlərin nəticəsinə görə (1:2, 0:1) yenə 18-ci pillədə qalacaq.

Qeyd edək ki, bundan əvvəl "Qranada" və "Osasuna"nın elitanı tərk edəcəyi dəqiqləşmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp