Ötən mövsümü “Kəpəz”də keçirən Nicat Qurbanov komanda ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, artıq hücumçunun yeni iş yeri də bəllidi.

Əldə etdiyimiz məlumata görə, Qurbanov yenidən “Zirə”yə qayıdıb. O, aylıq 1200 manat məvacib qarşılığında “qartallar”ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Nicat Qurbanov 2014/15 mövsümündə də “Zirə”nin şərəfini qorumuşdu. O, Gəncə təmsilçisinə də məhz bu komandadan keçmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp