Xəbər verdiyimiz kimi, Naxçıvanda Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə Naxçıvan Kuboku yarışı keçiriləcək. Futbolinfo.az xəbər verir ki, turnirdə yerli “Araz Naxçıvan”la yanaşı daha 5 komanda iştirak edəcək. 

Turnir öncəsi naxçıvanlı futbolçular möhtəşəm addım atıblar. Belə ki, Premyer Liqa təcrübəsi olan futbolçular turnir zamanı “Araz Naxçıvan”ın şərəfini qorumağa qərar veriblər.

Onlar arasında Azərbaycan milli komandasının üzvü, son olaraq AZAL-da çıxış etmiş qapıçı Aqil Məmmədov, son mövsümü “Kəpəz”də keçirmiş Şəhriyar Əliyev, Vüqar Bəybalayev, “Zirə”nin futbolçusu Nurlan Novruzov, AZAL-da əsas heyətə düşməkdə çətinlik çəkən Röyal Nəcəfov, İlqar Ələkbərov, eləcə də “İnter”in üzvü Mirhüseyn Seyidov “Araz Naxçıvan”ın formasını geyinəcəklər.

Bu isə o deməkdir ki, turnirdə yerli komanda heyət baxımından korluq çəkməyəcək. Futbol11

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp