“Zirə”nin serbiyalı yarımmüdafiəçisi Milan Duriç ölkəsinin mətbuatına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu Premyer Liqamız haqda danışıb:

“Azərbaycanda və potsovet ölkələrində serb futbolçular çoxdu. Azərbaycan çempionatı digər potsovet ölkələrinin liqalarından heç də zəif deyil. Düzdü, komandaların sayı azdı. Amma onların hamısı demək olar ki, eyni gücdədi. Yalnız “Qarabağ” və “Qəbələ”dən başqa. Bu iki komanda çempionatın ən güclüləridi. Onların Avropa Liqasının qrup mərhələsində oynamaları təəccüblü deyil”.

Duriç Azərbaycan və Serbiya çempionatlarını da müqayisə edib: “Qarabağ”da çox futbolçunun şəxsi sürücüsü var. “Qəbələ”nin yaxşı şəraiti və futbol akademiyası var. Premyer Liqada çıxış edən 8 komandanın yarısısının stadionu süni ot örtüklü meydandı. Digər əsas problem isə azarkeş amilidi. 8 komandalı çempionat olduğu üçün 2 oyun ardıcıl qalib gələndə yüksək yerlərə qalxırsan, məğlub olanda isə əksi baş verir”.

Serbiyalı futbolçu yeni mövsümdəki hədəflərindən danışıb: “Yeni mövsüm Avropa Liqasında çıxış edəcəyik. “İnter” klubu hazırda sponsorsuz qalıb. “Neftçi” isə bu çempionatda zəif çıxış etdi. Yalnız “Qarabağ” və “Qəbələ” digər komandalardan üstünüdülər. Növbəti mövsümdə Premyer Liqada uğurlu çıxış edə bilərik”.

2012-2015-ci illərdə vətənində “Yaqodina” klubunda çıxış etmiş yarımmüdafiəçi hələ də maaşını ala bilməməsindən şikayətlənib. Duriç Serbiya Futbol Federasiyasının klublara ciddi nəzarət etmədiyini dilə gətirib: “İlboyu yeyirlər. Bu, biabırçılıqdı! “Yaqodina” peşəkar karyeramda ən yaxşı klub idi. Lakin məni necə yüksəltmişdilərsə, elə də dəfn etdilər”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp