Avropa Liqasının 2017/18 mövsümünün komanda bölgüsündə dəyişiklik edilib. Futbolinfo.az xəbər verir ki, bunlar Azərbaycan klublarına da təsirsiz ötüşməyib.

Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Qəbələ” Avropa Liqasının 1-ci təsnifat mərhələsindən azad edilib. Təmsilçimiz yarışa 2-ci raunddan başlayacaq. Buna ölkəmizin UEFA reytinqində 26-cı yerdə qərarlaşması səbəb olub.

Qitə futbol qurumu 25-26-cı yerlərdə olan iki ölkənin kubokunun sahibinə 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulmaq hüququ verib. 25-ci sırada Şotlandiya, 26-cı yerdə isə Azərbaycan qərarlaşıb.

Azərbaycan kubokunun sahibi dubla imza atan “Qarabağ” olduğundan bu güzəşt gümüş mükafatçıya tətbiq edilib. Apasport

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp