"Əvvəlcə İslamiadanın təşkilatçılarına təşəkkür edirəm. Burada qalib gəlmək istəyirdik. Lakin müəyyən çətinliklərə üzləşdik. Bu yarış qardaşlığın nümayişi oldu" – bu sözləri 23 yaşadək futbolçulardan ibarət Mərakeş yığmasının baş məşqçisi Camal Sellami IV İslam Həmrəyli Oyunlarının qrup mərhələsinin IIl turunda Azərbaycan millisi ilə 0:0 hesablı heç-heçədən sonra deyib.
 
Futbolinfo.az xəbər verir ki, O, görüşün hakimlərinin Mərakeş yığmasına qarşı haqsızlıq etdiyini bildirib: "Burada qəribəliklə qarşılaşmışıq. Hakimlərin insafız yanaşmasının qurbanı olduq. Ola bilsinki, hakimlər gürcüstanlı idilər, bəzi məsələri başa düşmürlər. Oyundan sonra rəqibin otağına getdim, təbrik elədim, bunlar öz yerində. Lakin hakimlərin idarəçiliyi çox pis idi. Təkcə bu oyunda yox, digər qarşılaşmalarda ədalətsizliklə üzləşdik. Çox insafsız davrandılar".
 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp