Futbol üzrə Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası – "Bursaspor" da növbəti matçına çıxıb.

Bursa klubu doğma meydanda "Beşiktaş"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Əsas komandadan uzaqlaşdırılan Yılmazın adı bu görüşün də iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, "Bursaspor" hazırda 35 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb. "Beşiktaş" isə bu qələbə sayəsində xallarının sayını 68-ə çatdıraraq yenidən zirvəyə yüksəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp