Futbol üzrə Portuqaliya çempionatında 33-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudovun komandası – "Boavişta" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Setubal"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Emin bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Boavişta" hazırda 42 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp