Növbəti mövsüm üçün heyətini gücləndirməyi qarşısına məqsəd qoyan “Neftçi” heyətinə yeni oyunçu qatmaq niyyətindədi. Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” “Zirə”nin kapitanı Elvin Məmmədova göz dikib.

Əldə etdiyimiz məlumata görə, artıq tərəflər arasında danışıqlar da olub və yarımmüdafiəçi “Neftçi”yə keçməyə yaxındı. Hazırda müqavilənin detalları müzakirə edilir.

Qeyd edək ki, Məmmədov 2016-cı ilin yanvarında “Qarabağ”dan “Zirə”yə keçmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp