Bu gün Kapital Bank Arenada AFFA-nın U-11 Liqasının final oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, “Qəbələ” ilə "Neftçi" komandaları arasında keçirilmiş qarşılaşma 2:1 hesabı ilə əyalət futbolçularının xeyrinə yekunlaşıb.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Final qarşılaşmasının ən yaxşı oyunçusu “Qəbələ” komandasının üzvü Ceyhun Bağırzadə seçilib. Fair-Play mükafatına isə “Neftçi”nin qapıçısı Nicat Qaragözlü layiq görülüb. 72 qolla liqanın bombardiri olan Anar Cəbiyevə ("Vətən") xüsusi mükafat verilib.

Liqanı üçüncü pillədə başa vurmuş "Qarabağ", ikinci yeri tutmuş “Neftçi” və turnirin qalibi "Qəbələ" müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib.

Sonda "Qəbələ" komandasına kubok təqdim olunub.

Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev və Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov təqdim ediblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp