Azərbaycan milli komandasının sabiq futbolçusu Mahir Şükürov karyerasını bitirib. 35 yaşlı müdafiəçi ötən mövsüm qayıtdığı, qış fasiləsindən sonra oynamadığı "Neftçi"də məşqçiliyə başlayır.
 
Belə ki, Şükürova U-14 komandasına başçılıq etmək tapşırılıb. O, bu vəzifədə Eldəniz Məmmədovu əvəzləyib. 41 yaşlı bu mütəxəssis isə "Neftçi"nin U-16 komandasının baş məşqçi postuna keçib.
 
Qeyd edək ki, "Neftçi"nin Futbol Akademiyasının mayın 24-də iclası keçiriləcək. Şükürovun da digər məşqçilər kimi təyinatı həmin vaxt təsdiqlənəcək (sport24.az).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp