"Neftçi"nin aşağı yaş qruplardan ibarət komandalarının baş məşqçi postlarına yeni təyinatlar olub. Samir Əliyevin "Səbail"ə baş məşqçi kimi gedişindən sonra əvəzedicilərin baş məşqçi postuna keçən Elşad Əhmədovun U-19-da xələfi müəyyənləşib. Bu, Qusar futbol məktəbinin yetirməsi olan Bəhram Şahquliyev olub. 46 yaşlı mütəxəssis bunadək "Neftçi"də U-16 komandasına rəhbərlik edirdi (sport24.az).
 
"Ağ-qaralar"da U-17 və U-15 komandalarına da baş məşqçi yerdəyişmələri olub. Belə ki, 17 yaşlılara vaxtilə "Bakı"da da işləmiş, son olaraq isə "Neftçi"nin U-15 komandasını çalışdıran Arslan Quliyev təyin olunub. 15 yaşlılar isə U-17 komandasının baş məşqçisi olmuş Tofiq Mustafayevə tapşırılıb. Təcrübəli mütəxəssis bu yaş qrupundan futbolçuları hazırlayaraq yuxarı komandalara göndərəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp