"Komandaya daha bir neçə futbolçu gətirmək istəyirik. Baş məşqçimizin bizə təqdim etdiyi transfer siyahısından kənara çıxmırıq. Hazırda iki nəfərlə danışıqlar" gedir" – bu sözləri "Sumqayıt"ın baş meneceri Ceyhun Sultanov deyib.
 
Mövsüm başa çatan kimi Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov və Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə bağlayıb, Tural Axundov, Vüqar Bəybalayev, Cavid İmamverdiyev və Kamal Mirzəyevlə anlaşan   “Sumqayıt” transfer çalışmalarını yekunlaşdırmaq üzrədi. "Zirə"dən Cavid Tağıyev və "Qəbələ"dən Rəşad Eyubovla münasibətlər bugünlərdə rəsmiləşdirəcək.
 
“Sumqayıt”dan gedənlər Mirabdulla Abbasov, Kamran Abdullazadə, Yusif Nəbiyev, Məhəmməd Qurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli, Nasir Abilayev və Seymur Əsədovdu.
 
Ayrılanların sayının artacağına inanmadığını söyləyən Sultanov “sportinfo”ya bildirib ki, İran, Türkiyə, Rusiya və başqa ölkələrdə doğulan Azərbaycan kökənli futbolçuların axtarışı dayanıb: "Transfer siyahımızda belə birisi yoxdu. Heç gözlənilmir də. Yəqin ki, ölkə xaricindən kimisə götürməyəcəyik".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp