“Kəpəz”dən ayrılan Orxan Əliyev yenə Topaz Premyer Liqasında mübarizə aparacaq. İstedadlı yarımmüdafiəçi Avropa Liqasında mübarizə aparacaq “Zirə” ilə anlaşmaq üzrədi.
 
Futbolinfo.az xəbər verir ki, Elvin Məmmədovun “Neftçi”yə keçmək üzrə olması onun yerinə yerli yarımmüdafiəçi alınmasını qaçılmaz edib. Belədə “qartallar” sol cinahda və mərkəzdə oynamağı bacaran Əliyevə təklif göndərib. Transferin qəfil alınmasını Orxanın anlaşdığı “Kəpəz”in yeni müqavilə təklifindən bir gün sonra imtina etməsi faktı da təsdiqləyir.
 
Maraqlıdı ki, Orxan Gəncə klubundan imtinasını xaricdən təklif alması ilə əlaqələndirmişdi. O, Portuqaliyadan təklif gözlədiyini bildirmişdi. Lakin ötən yay bu ölkəyə yollanan Budaq Nəsirovdan fərqli olaraq, Orxan ölkədə qalmağı üstün tutdu.
 
Əliyev “Zirə”nin “Kəpəz”dən qopardığı ikinci futbolçudu. Daha öncə Nicat Qurbanov da “qartallar”la anlaşmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp