Futbol üzrə İsveç çempionatında 9-cu turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası – "Kalmar" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Norçöpinq"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Start heyətdə meydana çıxan Emin yenə sonadək meydanda olub. O, 48-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
Qeyd edək ki, geridə qalan turlarda 5 xal toplayan "Kalmar" hazırda 16 komanda arasında 15-ci pillədədi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp