"Səbail"in yeni baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasında debüt edəcək komandasının heyətini müəyyənləşdirir. Gənc mütəxəssis maraqlandığı bir neçə futbolçunun transferlərini reallaşdırması üçün rəhbərliyə siyahı verib.

“Neftçi”nin əvəzedici komandasının sabiq baş məşqçisi işə keçmiş komandasından tanıdığı bəzi futbolçuları yanına gətirməklə başlayıb. Futbolinfo.az xəbər verir ki, "aslanlar" artıq "Neftçi"dən ayrılan Murad Ağayevlə anlaşıb. 24 yaşlı yarımmüdafiəçi ilə birillik müqavilə imzalanacaq. "Neftçi"dən icarəyə götürülən Orxan Qurbanlı, Eltun Yaqublu və Təyyar Məmmədov da daha bir il "Səbail"də çıxış edəcəklər.

Amma Əliyev bu gənclərlə də kifayətlənmək istəmir. "Neftçi"nin baş məşqçisi Elxan Abdullayevin az güvəndiyi Fəhmin Muradbəyli azı qışa kimi icarə əsasında “Səbail”də oynaya bilər. Samir bəy “Sumqayıt”dan qayıdan Mirabdulla Abbasovun da xidmətində maraqlıdı. Lakin bu oyunçularla bağlı qərarı “ağ-qaralar” verəcək. Heyət cəlb olunan yeni oyunçularından asılı olaraq, bu gənclərin icarəyə göndərilməsi mümkündü.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp