"Nika Kvekveskiriylə dünən özüm danışmışam. Bizdən daha 2 gün vaxt istədi" – bu sözləri "Qəbələ"nin əsas komandasının meneceri Səbuhi Səfiyarlı deyib.

Səfiyarlı "qırmızı-qaralar"la olan müqaviləsinin müddəti başa çatan gürcü legionerin digər təklifləri götür-qoy etdiyini açıqlayıb: "Həm Azərbaycan, həm də Qazaxıstan klublarından Nikayla maraqlananlar var. Müqaviləsinin müddəti bitibsə, seçim ixtiyarı var. Şərtlərimizi bilir. Əslində, fikrini deməliydi. Dediyi vaxt tamam olmuşdu. Amma bir qədər də gözləməyimizi istədi" (fanat.az).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp