Türkiyə Kubokunda ilk finalçının adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, həlledici oyuna ilk vəsiqəyə "Konyaspor" sahib çıxıb.

Sözügedən komanda "Kasımpaşa" ilə ev oyunundan 2:0 hesablı qələbə ilə ayrılıb. Baxmayaraq ki, səfərdə bu komanda rəqibinə 2:3 hesabıyla uduzmuşdu.

Digər finalçının adına bu gün keçiriləcək "Fənərbaxça" – "İstanbul Başakşəhər" matçından aydınlıq gələcək. Tərəflər arasındakı ilk oyunda 2:2 hesabı qeydə alınıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp