Yanvarda “Qarabağ”dan ayrılan Reynaldo hələ də ölkəmizi unuda bilmir. Futbolinfo.az xəbər verir ki, hücumçu az qala hər dəfə sosial şəbəkələrdə bunu aşkar şəkildə hiss etdirir.

Türkiyənin “Adanaspor” komandasında çıxış edən Reynaldo dünən “İnstagram” profilində “İ Love Azerbaijan” yazısını və ölkəmizin bayraqlarını paylaşıb. Hazırkı komandası aşağı liqaya yuvarlanan braziliyalı forvard, görünür, yenidən Ağdam təmsilçisinə qayıtmaq istəyir.

Qeyd edək ki, Reynaldo 2013-cü ilin yanvarından 2017-ci ilin yanvarına kimi “Qarabağ”da forma geyinib.

18518448 1576091552443824 389911359 n - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp