“Neftçi”nin Mirabdulla Abbasovu növbəti mövsümdə də icarə əsasında “Sumqayıt”da oynamasına razılıq verməməsindən sonra “Gənclik şəhəri” təmsilçisinin axtarışları çox davam etməyib. Baş məşqçi Samir Abasov klub rəhbərliyindən “Qəbələ”nin qapısını döyməsini istəyib.
 
Mütəxəssis Ramil Həsənovu sərəncamında görmək istəyib və tərəflər arasında sövdələşmə baş tutub. Ukrayna "Tavriya"sının futbol məktəbinin yetirməsi olan 21 yaşlı forvardla 1 illik müqavilə imzalanıb. Həsənov “Sumqayıt”da icarə əsasında oynayacaq (sport24).
 
“Sumqayıt” tez-tez gənc futbolçular üçün “Qəbələ”yə müraciət edir. Elə son mövsümdə də “qırmızı-qaralar”ın bir neçə yetirməsi Abasovun sərəncamında idi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp