"Sumqayıt"ın baş məşqçisi Samir Abasov, akademiyanın koordinatorları – Baba Əsgərov və Sabir Əliyev Xorvatiyaya yollanıb. Futbolinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, mütəxəssislər Zaqreb "Dinamo"su əldə olunmuş razılığa əsasən, adıçəkilən klubun düşərgəsində olacaqlar.
 
Təcrübə qazanmaq məqsədi ilə mayın 20-dək baş tutacaq səfər AFFA-nın və Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin dəstəyi ilə həyata keçirilir.
 
Təcrübə məqsədi ilə ölkə xaricindəki klublardan birinə yollanmaq Samir Abasov və Baba Əsgərovun UEFA-nın "Pro" kateqoriyalı məşqçi kurslarını uğurla başa vurması üçün önəmli şərtlərdən biridi. Sabir Əliyev isə bu səfər zamanı adıçəkilən klubun aşağı yaş qruplarında qurulmuş sistemlə yaxından maraqlanacaq.
 
Hər 3 məşqçi Xorvatiyada olduğu 5 gün ərzində "Dinamo"nun məşq prosesini izləməklə yanaşı, akademiyanın iş prinsipi ilə də yaxından tanış olacaq. Məşqçilər 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Xorvatiyada keçirilən Avropa çempionatının final matçını da izləyəcəklər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp