Gəncə şəhər stadionunda təmir işləri davam edir. AFFA-nın dəstəyi ilə qazonu dəyişdirilən arenanın 4 aya hazır olacağı deyilir.
 
Təbii ki, hər şey planlaşdırıldığı kimi getsə, stadion sentyabrın ilk günündən “Kəpəz”in ev matçlarını qəbul edə biləcək. Amma yeni mövsüm avqustda start götürəcək. Bəs, həmin ay reallaçacaq oyunlar harada keçiriləcək?
 
Bu sualı “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğluna ünvanladıq: “Tikintini aparan şirkət bizə təmirin 4 aya yekunlaşacağını bildirib. İstənilən halda, ilk turları başqa meydanlarda keçirməyə məcburuq. Amma hələ qərar verməmişik. Bunun üçün təmirin dəqiq nə vaxta yekunlaşacağı bilinməlidi. Eyni zamanda hələ mövsümün nə vaxt başlayacağı bəlli deyil. Peşəkar Futbol Liqası start tarixini, təqvimi açıqladıqdan sonra biz də vəziyyətə uyğun olaraq, harada oynayacağımıza qərar verəcəyik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp