IV İslam Oyunlarına görə Topaz Premyer Liqasında 2016/17 mövsümü tez başa çatdı. Komandalar may ayını istirahətdə keçiməli oldular.
 
Adətən bu ayın sonunda klublar istirahətə çıxar, iyunun ortalarından etibarən isə yeni mövsümün hazırlığına başlayardılar. Amma qeyd etdiyimiz səbəbdən bu il fasilə erkən başladı, komandalar da istirahər üçün ayyarım vaxt qazandılar.
 
Təbii ki, belə uzunmüddətli fasilənin ciddi fəsadları olacaq. Futbolçuların rejimdən çıxması onların fiziki durumuna ciddi təsir edəcək.
 
Mövsüm başlayarkən Peşəkar Futbol Liqasının rəsmiləri bu problemin həlli üçün çıxış yolunu göstərmiş, mayda Qəbələdə mini-turnir təşkil edəcəklərini bildirmişdilər. Lakin iyun çatır, amma hansısa turnir baş tutmadı. Nə klublar bunda maraqlı oldu, nə də PFL prezidenti Ramin Musayev verdiyi vədi xatırladı. Qeyri-rəsmi söhbətlərdə hamı ağır maliyyə vəziyyətindən bəhs edib, əlavə xərcə düşmək istəmədiklərini bildirdilər.
 
Mayın əvvəlində isə bəlli oldu ki, futbol təsərrüfatımızdakı yarış boşluğu Heydər Əliyev Kuboku ilə doldurulacaq. Ölkə kubokunun finalından öncə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov və PFL prezidenti Ramin Musayev kuboku təqdim edib, yarışın mayın 26-da start götürəcəyini bəyan etdilər.
 
Plana görə, yarışda 6 və ya 8 komanda iştirak edəcək. Komandaların adları ayın 20-də açıqlanacaq. Turnirin qalibinə Türkiyədə hazırlanmış kubok təqdim olunacaq.
 
Artıq təyin olunan vaxt yaxınlaşır, lakin yarışda kimlərin iştirak edəcəyi hələ də bəlli deyil. Ölkə klubları istirahətdədi, onların bir neçə naxçıvanlı üzvü isə “Araz Naxçıvan”da birləşəcəyini bəyan edib. Bəs, digər iştirkçılar kim olacaq?
 
Maqarlıdı ki, həm Naxçıvandan, həm də AFFA-dan yarışın mütləq baş tutacağı ilə bağlı xəbərlər alırıq, lakin heç kim iştirakçıların adını çəkə bilmir.
 
Bir ara bu yarışda ölkə xaricindən gələcək komandaların, xüsusilə də Türkiyənin bəzi klublarının iştirak edəcəyi deyilirdi. Amma dünən etibarlı mənbədən bilgi aldıq ki, xarici komandaların gəlişi baş tutmayacaq. Naxçıvanlılar qonaqların gəlişi üçün lazım olan işləri görə, onların dəvət olunması, yerləşdirilməsi və s. kimi məsələləri yoluna qoya bilməyib. Bu işdə AFFA da onlara lazımi dəstəyi verməyib.
 
İndi təşkilatçılar çətin vəziyyətdə qalıb – nə ölkədə yarışa qatılmaq üçün hazır komanda var, nə də xaricdən kiminsə gətirilməsi mümkündü. Amma Heydər Əliyev Kuboku mütləq keçirilməlidi. Güman ki, yarışda Naxçıvanın öz komandaları – şəhər kollektivləri yarışacaq. Belə turnurinin nüfuzu isə…
 
Daha 3 gün gözləyək.
 
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp