Madrid şəhər məhkəməsi Radamel Falkao və Fabio Koentraoya cinayət işi açıb. Futbolinfo.az xəbər verir ki, buna adıçəkilənlərin vergidən yayınması səbəb olub.
 
Rəsmi iddianamədə 2011-13-cü illər aralığında Madrid “Atletiko”sunda çıxış edən Falkaonun 2012-də 822 609 avro, 2013-də isə  4 839 253 avro vergi qaçaqçılığı etdiyi bildirilir. Hazırda “Monako”da çıxış edən hücumçu Kolumbiya və Vircin adalarındakı şirkətlər vasitəsilə vergidən yayınıb.
 
Koentrao isə 2012-14-cü illər aralığında Panamadakı bir şirkət vasitəsilə 1 291 398 avronu vergidən gizlədib. Hər iki futbolçunun da adıçəkilən ölkələrdəki ofşor şirkətləri bu işdə onlara kömək edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp