Elə də uğurlu dövrlərini keçirməyən “Arsenal” indidən gələn mövsümün planlarını cızmaqdadı. Futbolinfo.az xəbər verir ki, “topçular” əzəli rəqibinin oyunçusuna göz dikib.
 
Britaniya mətbuatının iddiasına görə, londonlular paytaxtın digər təmsilçisi “Çelsi”nin 19 yaşlı hücumçusu Tomi Abrahamı heyətinə qatmaq istəyir. Futbolçu özü də əvəzedicilərdən əsas komandaya yüksəlməyəcəyi təqdirdə “Arsenal”a keçmək istəyir.
 
Qeyd edək ki, cari mövsümü 1-ci division təmsilçisi “Bristol”da keçirən Abraham 48 oyunda 27 dəfə fərqlənib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp