"Qəbələ" Estoniya yığmasının üzvü Sergey Zenyovla vidalaşıb. Bu barədə qol.az-a açıqlamasında klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.
 
O, bildirib ki, müqaviləsi başa estoniyalı hücumçu ilə yeni sözləşmə imzalanmayıb.
 
Liberiyalı yarımmüdafiəçisi Teo Uiksin “Qəbələ”də qalıb-qalmayacağı isə dəqiqləşməyib. Ötən mövsüm Kipr təmsilçisi “Ermis”dən 1 illik icarə əsasında “Qəbələ"yə keçən futbolçunun klubu ilə danışıqlar gedir.
 
Müqaviləsi bitən Rasim Ramaldanov, Cavid Hüseynov və digər yerli futbolçular barədə isə hələ  yekun qərar verilməyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp