"Feyenoord"un hücumçusu Dirk Kuyt futbolçu karyerasını başa vurub. Bu barədə Hollandiya  klubunun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb.
 
36 yaşlı oyunçu bu həftənin sonuna qədər  məşqlərdə iştirak edəcək. Bundan sonra o, klubun strukturunda vəzifələrdən birində çalışacaq.
 
Qeyd edək ki, Kuyt cari mövsüm "Feyenoord"la Hollandiya çempionu olub. "Utrext", "Liverpul", "Fənərbaxça"da da oynamış futbolçu rotterdamlıların 18 illik həsrəti bitirib, qızıl medal qazanmasında müstəsna rol oynayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp