"Neftçi" heyətini artıq oyunçulardan təmizlədikdən sonra indi də yenilərlə anlaşır. Həm də bakılılar işə yerli oyunçu transferləri ilə başlayıb.
 
Futbolinfo.az xəbər verir ki, “Zirə”nin kapitanı Elvin Məmmədovun “Neftçi”yə keçidi yekunlaşıb. 2016-cı ilin yanvarında “Qarabağ”dan qəsəbə klubuna gedən yarımmüdafiəçi “ağ-qaralar”da bir mövsüm keçirəcək. Amma özünü doğruldacağı halda anlaşma müddəti uzadılacaq.
 
Bu transferlə “Futbolinfo”nun ilk olaraq verdiyi xəbəri təsdiqləyən “Neftçi”nin ikinci tapıntısı da milli üzvüdü. Bakılılar maaş məsələsində razılığa gələ bilmədiyi Məhəmməd Mirzəbəyovla söhbətdə son nöqtəni qoyub. “Qəbələ”dən gələn cinah müdafiəçisi ilə anlaşma da “1+1” şərti ilə bağlanıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp