“Qəbələ” daha bir vidaya hazırlaşır. Gümüş mükafatçı müqavilə müddəti bitən Rasim Ramaldanovu yola salacaq.
 
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” qışda heyətinə qatdığı mərkəz müdafiəçisinin çıxışından razı deyil. Komandaya demək olar, fayda verməyən təcrübəli futbolçu baş məşqçi Roman Qriqorçukun “qara siyahı”sına düşüb. Ukraynalı mütəxəssis onu zədələnən Vitali Vernidub və Rafael Santosu əvəz etmək üçün heyətə qatsa da, Rasim çıxışı ilə qəbələliləri məyus etdi. Ramaldanov o qədər pis oynadı ki, hətta bəzi oyunlarda məşqçilər məcburiyyətdən dayaq yarımmüdafiəçisi Rəşad Sadiqovu müdafiənin mərkəzinə çəkməli olurdu.
 
Ramaldanova kimi Sergey Zenyov, Daniel Subotiç və Rəşad Eyyubovun da komandadan ayrılacağı dəqiqləşmişdi. Rafael Santosun da xidmətindən imtina ediləcəyi gözlənilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp