Türkiyə Kubokunda ikinci finalçının da adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, həlledici oyuna sonuncu vəsiqəyə "İstanbul Başakşəhər" sahib çıxıb.

Sözügedən komanda "Fənərbaxça" ilə səfər oyununda da 2:2 hesablı heç-heçəyə nail olub. İlk oyunda da oxşar hesab qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Lakin əlavə vaxtda tərəflər qol vura bilmədiyindən qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "İstanbul Başakşəhər" 10:9 hesabıyla üstün olub və finala yüksəlib.

Digər finalçı isə "Kasımpaşa"nı mübarizədən kənarlaşdıran "Konyaspor"du. 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp