Futbolinfo.az sizi Fransa çempionatının 37-ci turundan təxirə salınmış "Monako" – "Sent-Etyen" oyunundan (2:0) hazırlanmış videoreportajla tanış edir.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 92-yə çatdıran knyazlıq təmsilçisi sona bir tur qalmış çempionluğu rəsmiləşdirib. Bu komanda son turda uduzsa belə, hazırda 86 xala malik əsas izləyisi PSJ-nin monakoluları qabaqlamaq şansı yoxdu.

Bu, "Monako"nun tarixində 8-ci Fransa çempionluğudu. Eyni uğura "Nant" da imza atıb. Bu iki klubdan daha çox Fransa çempionu adını qazanan komandalar isə Marsel "Olimpik"i (9 dəfə) ilə "Sent-Etyen"di  (10).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp