Futbolinfo.az sizi İspaniya La Liqasının 21-ci turundan təxirə salınmış "Selta" – "Real" oyunundan (1:4) hazırlanmış videoreportajla tanış edir.

Qeyd edək ki, bu qələbə sayəsində Madrid təmsilçisi yenidən vahid liderliyi ələ keçirib. Hazırda bu komanda sona bir tur qalmış 90 xalla zirvədə qərarlaşıb. Madridlilərin əsas izləyicisi "Barselona" isə 87 xala malikdi. "Real"a həlledici turda qızıl medalları təmin etmək üçün "Malaqa" ilə səfər matçında hətta heç-heçə də bəs edir. Zinədin Zidanın çalışdırdığı komanda çempionluğu yalnız uduzacağı halda əldən verə bilər ki, bu da inandırıcı görünmür.

"Malaqa" – "Real" matçı mayın 21-də keçiriləcək. Həmin gün "Barselona" da doğma meydanda "Eybar"la üz-üzə gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp