"Real"ın futbolçusu Kriştianu Ronaldo növbəti rekorda imza atıb. Portuqaliyalı hücumçu Avropanın 5 böyük liqasında (İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa) ən çox qol vuran futbolçu olub.
 
La Liqada "Selta"ya qarşı matçda dubla imza atan Ronaldo Avropa liqalarında  vurduğu qolların sayını 368-ə yüksəldib. Bununla da o, ingiltərəli Cimmi Qrivzanı (366 qol) geridə qoyaraq bu göstərəcidə ilk pilləyə qalxıb.
 
Qeyd edək ki, Ronaldo 2003-2009-cü illərdə çıxış etdiyi "Mançester Yunayted"lə İngiltərə Premyer Liqasında 84, 8 mövsümdür oynadığı "Real"la isə La Liqada 284 qol vurub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp