FIFA yenə çalxalanır. Qurumun idarə komitəsinin üzvləri Navi Pilleylə Ron Popper istefaya gediblər. Onlar komitə rəhbəri Migel Maduranın istefasına etiraz əlaməti olaraq, postlarını tərk ediblər.
 
Migel Madura təşkilata FIFA prezidenti Canni İnfantino tərəfindən dəvət edilmişdi. O, təşkilatın zədələnmiş imicini bərpa etməliydi. Ancaq Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko ilə bağlı verilən qərar Migelin istefasına səbəb olub.
 
Komitə Mutkonun Rusiya hakimiyyətində siyasi post tutduğunu nəzərə alaraq, onun FIFA Şurasına namizədliyini irəli sürməsinə icazə verməmişdi. FIFA-nın yüksək vəzifəli şəxsləri Maduraya xəbərdarlıq etmişdilər ki, bu qərar Rusiya ilə münasibətlərin pozulmasına gətirib çıxaracaq. Ancaq o, qərarından dönməmişdi və nəticədə istefaya göndərildi. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp