Yunanıstan Super Liqasında keçirilən "Panatinaikos" – PAOK matçı yarıda dayandırılıb. Futbolinfo.az xəbər verir ki, buna oyunda baş verən dava səbəb olub. 

Çempionlar Liqasına vəsiqə uğrunda keçirilən pley-off matçının 51-ci dəqiqəsində PAOK-un futbolçusu Vardaya qırmızı vərəqə göstərilib. Bundan sonra azarkeşlər və oyunçular arasında dava düşüb. "Panatinaikos" azarkeşlərindən biri PAOK-un baş məşqçisi Vladan İviçin başına butulka tullayıb. Başından xəsarət alan mütəxəssis xəstəxanaya aparılıb.
 
Baş hakim 55-ci dəqiqədə matçı dayandırmalı olub. Həmin ana qədər hər iki komandadan 2 futbolçu qırmızı vərəqə almışdı. Hesabda isə "Panatinaikos" 1:0 öndə idi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp