Topaz Premyer Liqasının yeni mövsümündə də 8 komandanın iştirak edəcəyi ilə bağlı qərar verilib. Amma hələ say məsələsinə yenidən baxılacağı, daha 2 divizion klubunun elitaya buraxılacağı haqda söhbətlər gəzir.
 
Son günlər xüsusilə “Şəmkir”ə “yaşıl işıq” yandırılacağı ilə bağlı söhbətər çoxalıb. Guya ki, 10-cu komanda tapılsa, qərblilərin də elitada oynamasında əngəl qalmayacaq.
 
Bu söhbətlərə az öncə “Futbolinfo”nun əməkdaşı ilə söhbətdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev son qoydu: “Şəmkir” hələ öz problemlərini həll etsin. Bir neçə gün komandanın futbolçuları AFFA-ya gəlmişdilər, 3 aydı maaş almadıqlarından şikayət edirdilər”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp