Əvvəllər hamının can atdığı “Neftçi” indi futbolçuların asanlıqla imtina edə biləcəyi kluba çevrilib. Elə olmasaydı, Elvin Məmmədov Bakı klubuyla dünən anlaşıb, bu gün tərəddüd etməzdi. “Zirə”nin sabiq kapitanı avrokuboklarda iştirak etmək istədiyindən “Qəbələ”dən gələn təklifi dəyərləndirmək istəyir.
 
Futbolinfo.az xəbər verir ki, “Qəbələ” başqa bir paytaxt klubunun oyunçusundan da əl çəkmir. “Qırmızı-qaralar” israrla Rauf Əliyevi düşərgəyə çağırır. “İnter”lə müqaviləsi davam edən hücumçu bu keçidə razıdı, lakin öncə klublar arasında anlaşma olmalıdı. “Bankirlər” transfer qadağası üzündən gücləndirə bilməyəcəkləri heyəti qorumağa çalışsa da, forvardı itirmək ehtimalı yüksəkdi. Çünki Rauf özü də əyalət klubuna can atır.
 
“İnter”in taleyini necə olacağını bilməyən Rauf vədlərdən bezdiyi üçün daha sabit klub axtarır. Bu baxımdan “Qəbələ” onun tələəblərinə cavab verir. Maaşın daha yüksək olması, komandanın iddiası da Əliyevin ürəyincədi. Klub rəhbərliyini yola gətirə bilsə, hücumçu yeni mövsümə əyalətdə başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp