İtaliya A Seriyasının növbəti mövsümündə iştirak etmək hüququ qazanan daha bir komandanın adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, bu, "Verona" klubudu.

Sözügedən komanda ötən gün B Seriyasının sonuncu – 42-ci turunda səfərdə "Çezena" ilə qolsuz bərabərliyə razılaşıb. Nəticədə, mövsümü 74 xalla 2-ci sırada bitirən "Verona" elitaya vəsiqəni təmin edib.

Düzdü, son turda doğma meydanda "Pro Verçelli"yə qalib gələn "Frozinone" də mövsümü 74 xalla başa vurub. Lakin şəxsi oyunlardakı üstünlük "Verona"nın bu komandanı qabaqlamasına şərait yaradıb. Nəticədə, "Verona" 1 illik fasilədən sonra yenidən elitaya qayıdıb.

Qeyd edək ki, daha öncə B Seriyasının çempionu "Spal" A Seriyasına vəsiqə qazanmışdı. Sonuncu – 3-cü vəsiqənin sahibi isə 6 komanda arasında keçiriləcək pley-off oyunlarında müəyyənləşəcək. Son vəsiqə uğrunda "Frozinone", "Peruca", "Benevento", "Çittadella", "Karpi" və "Speziya" klubları mübarizə aparacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp