Almaniyanın “Bavariya” klubu “Ginnesin rekordlar kitabı”na düşüb. Futbolinfo.az xəbər verir ki, Münhen klubu Çempionlar Liqasında ardıcıl 16 ev oyununda qələbə qazandığı üçün adını rekordlar kitabına yazdırıb.

Mükafatı mövsümün sonunda karyerasını bitirəcək komanda kapitanı Filip Lam və hücumçu Tomas Müller alıblar.

Qeyd edək ki, “Bavariya” Çempionlar Liqasında 2014-cü ilin sentyabrın 17-dən 2017-ci ilin fevralın 15-nə kimi keçirdiyi bütün ev oyunlarını qələbəylə başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp