2017-2018 mövsümündə Topaz Premyer Liqasının start tarixi dəqiqləşib. Çempionat avqustun 11-13-ü aralığında start götürəcək.
 
Bu barədə məlumatı PFL-in Texniki Departamentinin rəisi Zamiq Hüseynov verib: “Konkret onu müəyyənləşdirdik ki, çempionatı avqustun ortalarında başlayaq. Dəqiq tarix hələ ki, bilinmir. Ancaq komandalarımızın avrokuboklardakı çıxışlarına uyğun qərar veriləcək. Ayın 11-də də start götürə bilərik, 12-də də, 13-də də. Məhz təmsilçilərimizin qitəmiqyaslı arenadakı çıxışlarına uyğun olaraq, son qərar qəbul ediləcək” (sport24).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp