Rəmiş Malıyev AFFA-nın hüquqşünası vəzifəsindən gedəcək. Qışda assosiasiyanın “İnter”dəki səlahiyyətli nümayəndəsi təyin olunan, apreldən isə icraçı direktor vəzifəsinə keçən Malıyev bundan sonra özünü kluba həsr edəcək.
 
AFFA-da önəmli post tutan Rəmiş bəyin klubda da paralel fəaliyyət göstərməsi çətin idi. Bu, həm də bir çox söhbətlərə yol açırdı, çünki klub rəsmisinin AFFA-da fəaliyyət göstərməsi heç də doğru deyil. Bütün bunları nəzərə alan Rəmiş bəy assosiasiyadakı işi ilə vidalaşıb. O, bundan sonra qurumda məsləhətçi-hüquqşünas kimi fəaliyyət göstərəcək.
 
Artıq Rəmiş bəyin xələfi də müəyyənləşib. Adını dəqiqləşdirə bilməsək də,AFFA-da hüquqi məsələlərə xanım işçinin cavabdeh olacağını öyrəndik.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp