“Şapekoense” klubu növbəti dəfə böyük fəlakətlə üzləşib. Braziliya komandası yenə təyyarə həyəcanı yaşayıb.
 
Belə ki, Libertadores Kuboku çərçivəsində “Lanus”la səfərdə üz-üzə gələn “Şapekoense” (2:1) Argentinadan qayıdarkən problem yaranıb. Nəticədə təyyarə Portu-Aleqri şəhərindəki hava limanına məcburi eniş etməli olub. Səbəb kimi Şapeko aeroportunun “hava gəmisi”ni qəbul etməyə hazır olmaması göstərilib. Hadisədən qorxan futbolçu və məşqçi heyəti evə onlar üçün ayırılmış avtobusla yollanıblar.
 
Qeyd edək ki, ötən il noyabrın 29-da “Şapekoense”ni Kolumbiyaya aparan təyyarə Medellin Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğrayıb və 76 nəfər həlak olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp