Futbol üzrə Slovakiya çempionatında 32-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası – "Jilina" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Zlate Moravçe" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.

Start heyətdə meydana çıxan Şeydayev bu qarşılaşmanın 62-ci dəqiqəsində əvəzlənib.

Çempionluğunu əvvəlki turlarda rəsmiləşdirmiş "Jilina" 11 komanda arasında 70 xalla vahid lideridir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp